Bank Of Baku

Spiker: Hərbi qulluqçularımızın igidliyini heç zaman unutmayacağıq

Spiker: Hərbi qulluqçularımızın igidliyini heç zaman unutmayacağıq
# 24 iyun 2023 12:48 (UTC +04:00)

İki gün sonra xalqımız Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününü qeyd edəcək.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış erməni ordusu Ordumuz tərəfindən 3 il əvvəl darmadağın edilib: “Biz hərbi qulluqçularımızın igidliyini heç zaman unutmayacağıq. Bu gün Silahlı Qüvvələrimiz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Silahlı Qüvvələr Günü münasibəti ilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR