Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa - Laçın yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Aksiya 20 saatdır davam edir.
Eko-fəallar aksiyanı səhərə kimi davam etdirmək niyyətindədirlər.