Tahir Budaqov: Azərbaycan post-konflikt quruculuq modeli yaradır

Tahir Budaqov

© APA | Tahir Budaqov

# 03 noyabr 2022 10:22 (UTC +04:00)

“Azərbaycan Zəfəri quruculuq müstəvisində möhkəmləndirmək üçün addımlar atır, post-konflikt quruculuq modeli yaradır”.

APA-nın xəbərinə görə, bunu bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə ”Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Tahir Budaqov deyib ki, Azərbaycan Cənubi Qafqazda yeni nizam, konfiqurasiya formalaşdırır: “21-ci əsrin müharibəsini aparmış və bu sahədə təcrübəsi öyrənilən Azərbaycanın post-konflikt təcrübəsinin də dünyada öyrəniləcəyinə şübhə yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR