Bank Of Baku

Tahir Budaqov: Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir

Tahir Budaqov: Heydər Əliyev ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir
# 10 may 2023 13:06 (UTC +04:00)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu il ərzində istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu kimi müasir tariximizdə özünəməxsus yer tutan böyük şəxsiyyətdir”.

APA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında söyləyib.

Tahir Budaqov bildirib ki, ulu öndər Heydər Əliyev istər keçmiş Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və tərəqqisi üçün misilsiz xidmətlər göstərib.

Onun fikrincə, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirib”, o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR