Bu gün MDB PAA İştirakçısı Olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda seminar keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycanda bələdiyyələrin fəaliyyətindən danışıb.
A. Rəhimzadə deyib ki, Azərbaycanda bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi toplamaq hüququ var. Bələdiyyələrin əmlak və torpaq vergisi toplaması sahəsində problemlərlə üzləşdiyini, əhalinin əksəriyyətinin bu vergiləri vermədiyini qeyd edən Komitə sədri bu il ilk dəfə dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılacağını nəzərə çatdırıb. Onun sözlərinə görə, subsidiyadan fərqli olaraq subvensiyalar məqsədli layihələr üçün nəzərdə tutulmuş xərclərdir.
A. Rəhimzadə bu gün Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə əlaqədar yüz minlərlə insanın bələdiyyələrini formalaşdırmaq hüququndan istifadə edə bilmədiyini söyləyib.
Bələdiyyələrin vətəndaş cəmiyyəti və dövlət quruculuğunda rolundan danışan A. Rəhimzadə bu il bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb. Bir sıra kiçik bələdiyyələrin birləşdirildiyini, hazırda 1606 bələdiyyənin olduğunu nəzərə çatdıran A. Rəhimzadə bələdiyyə seçkilərində seçici fəallığının yüksək olacağına ümid etdiyini vurğulayıb: “İnanıram ki, vətəndaşlarımız bu il keçiriləcək bələdiyyə seçkilərində daha aktiv iştirak edəcək”.
Millət vəkili Tahir Rzayev Avropa Şurasının bələdiyyələrə müstəsna səlahiyyətlər verilməsi barədə fikirlərin səsləndirildiyini bildirib: “Müstəsna səlahiyyətlərin verilməsi dövlət içərisində dövlət yaratmaq demək olardı. Məsələn, Norveçdə bələdiyyələrlə əlaqədar böyük bir nazirlik fəaliyyət göstərir, bələdiyyələrin fəaliyyəti tənzimlənir. Digər tərəfdən, bələdiyyələr yerli əhəmiyyətli məsələlərlə məşğul olmalıdır. Bəzən deyirlər ki, bələdiyyələrin səlahiyyətləri dövlət orqanlarının səlahiyyətləri ilə üst-üstə düşür. Belə çıxır ki, nazirliklər ləğv olunmalı, bütün səlahiyyətlər bələdiyyələrə verilməlidir?! Bu, düzgün yanaşma deyil. Əsas məsələ odur ki, vətəndaşlarla bələdiyyələrin münasibətləri inkişaf etsin. Bu münasibətlər fonunda bələdiyyələrin fəaliyyətinin zəif olduğu barədə fikirlər səsləndirilir. Yaxşı olardı ki, gələcəkdə bələdiyyə sədrləri birbaşa əhali tərəfindən seçilsin. Bu, bələdiyyələrin fəaliyyətinin daha yüksək səviyyədə qurulmasına səbəb ola bilər. Azərbaycanda yaxşı fəaliyyət göstərən bələdiyyələr də var. Məsələn, keçən il 4 mindən çox layihə icra olunub. Ancaq bələdiyyələr bu sahədə fəaliyyətlərini təbliğ etmirlər. Biz istəyirik ki, seçkilərdə bələdiyyələrə daha təşəbbüskar insanlar seçilsin. Ona görə də qarşıdakı bələdiyyə seçkilərinin daha yüksək səviyyədə keçiriləcəyinə inanıram”.
Millət vəkili Azər Badamov, Kamran Bayramov, Pərvin Kərimzadə bələdiyyələrin fəaliyyəti və qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bildiriblər.
MDB PAA İştirakçısı Olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun direktoru vəzifəsini icra edən Yekaterina Qoloulina MDB ölkələrində bələdiyyələrin fəaliyyətindən, bu sahədə qanunvericilikdən danışıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi vəzifəsini icra edən Rəhman Məmmədov deyib ki, bələdiyyələr artıq yerli özünüidarəetmə orqanı kimi özünü təsdiq etməkdədir: “2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticələri də bunu təsdiq edir. Bələdiyyə üzvləri arasında ali təhsilli şəxslərin, qadınların və gənclərin sayı artmaqdadır. Bələdiyyələrin işinin qanuna uyğunluğunun təmin olunması üçün onların fəaliyyətinə dövlət tərəfindən inzibati nəzarət həyata keçirilir. Bu inzibati nəzarət Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəz hər il Milli Məclisə bu barədə məruzə təqdim edir. Eyni zamanda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinə həvalə edilmiş digər mühüm vəzifə bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi ilə bağlıdır. Ötən illər ərzində 1650-yə yaxın maarifçilik işləri həyata keçirilib, bu tədbirlərə 75 min bələdiyyə üzvü cəlb olunub. Bu illər ərzində bələdiyyələrin istifadəsi üçün 200-ə yaxın metodik vəsait hazırlanıb, 20 kitab çap edilib”.
Tədbir çıxışlarla davam edib.
“Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda seminar keçirilib
Daxili siyasət
Fərid Şəfiyev: Azərbaycanın orta güc statusuna malik olması uzunmüddətli prosesin nəticəsidir
Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
Qusarda yol selin gətirdiyi palçıqdan təmizlənir
Xəbər Lenti
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır
Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutulub
Paşinyan: İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək
Türk Dünyası Vətəndaş Cəmiyyəti Dəstək Sistemi yaradılıb - FOTO
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Tural Gəncəliyev: Lyayenin mesajları Azərbaycan-Aİ münasibətlərində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatıb - FOTO - YENİLƏNİB-3
Kreml: Gerasimov Putinə Kiyevdəki hərbi obyektlərə kütləvi zərbənin nəticələrini məruzə edib
İsraildə Rusiya pasportu olan Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur
Rusiya ordusu Kiyevdə "Flamingo" raketlərini istehsal edən zavoda zərbə endirib
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - VİDEO - FOTO
ADB: Azərbaycan elektromobillər və elektrik avtobuslarından ildə 18 mln. dollara qədər karbon gəliri əldə edə bilər
Bakıda piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək
Aİ lideri Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən danışıb: Bunun mükafatı çox böyük olacaq
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
"Azərsun Holdinq" "Qafqaz Konserv Zavodu"na media tur təşkil edib - FOTO
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub - FOTO
Unibank-ın baş direktoru: Gələcəkdə banklar aktivlərinin həcminə görə deyil, müştərilərinin uğuruna görə qiymətləndiriləcəklər
Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
QDTİB-nin "SOCAR Trading"ə ayırdığı maliyyələşmə 70 mln. dollara çatıb
Ursula Fon der Lyayen: Aİ Ermənistana daha 18 milyon avro yardım edəcək
"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi edib
Bağçalara uşaqların elektron qəbulu başlanılır
Təhlükəsizlik Şurası: Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin inkişaf istiqaməti indidən planlaşdırılmalıdır
Azərbaycan-Aİ münasibətlərində yeni strateji mərhələ: Bakı Avropanın enerji və bağlantı xəritəsində rolunu daha da gücləndirir - RƏY
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib