Bank Of Baku

Vüqar İskəndərov: BQXK-nın Xankəndi ofisi qaçaqmalçılıqla məşğul olur - VİDEO

Vüqar İskəndərov: BQXK-nın Xankəndi ofisi qaçaqmalçılıqla məşğul olur - VİDEO
# 14 iyul 2023 11:18 (UTC +04:00)

“BQXK-nın Xankəndi ofisinin etdiyi hərəkət qəbuledilməzdir. Onlar münaqişəni törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu təşkilat unudur ki, Azərbaycan ərazisində hərəkət edir: “Rəsmi Bakı dəfələrlə onlara təklif edib ki, Xankəndiyə Bakıdan getsin. Təşkilat bu təklifləri qulaqardına vurur. Ümid edirik ki, təşkilat hüquqazidd əməllər törədən əməkdaşlarına qarşı sərt tədbirlər görəcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR