Bank Of Baku

Xankəndi-Laçın yolunda aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarının 2 maşını keçib - FOTO

Xankəndi-Laçın yolunda aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarının 2 maşını keçib - FOTO
# 26 dekabr 2022 22:12 (UTC +04:00)

Xankəndi-Laçın yolunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilən aksiyada avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR