Bank Of Baku

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - VİDEO

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - VİDEO
# 25 dekabr 2022 08:41 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin üç maşınının Xankəndidən Laçın istiqamətinə növbəti keçidi baş tutub.

İki minik və bir ədəd yük avtomobilindən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını yenidən nümayiş etdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR