Bank Of Baku

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən rus sülhməramlıların təminat maşınları növbəti dəfə maneəsiz keçib - VİDEO

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən rus sülhməramlıların təminat maşınları növbəti dəfə maneəsiz keçib - VİDEO
# 25 dekabr 2022 09:54 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə məxsus daha 3 təminat maşını Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR