Xankəndi - Laçın yolunda etirazlar 21 gündür davam edir - FOTO - VİDEO

Xankəndi - Laçın yolunda etirazlar 21 gündür davam edir - FOTO  - VİDEO
# 01 yanvar 2023 22:52 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində Xankəndi - Laçın yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları Yeni ilin ilk günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Son günlərdən fərqli olaraq Yeni ilin ilk günündə ilk dəfə Rusiya Sülhməramlılar Kontingentinə məxsus nəqliyyatlarının istər Xankəndindən Laçına, istərsə də Laçında Xankəndiyə keçidi müşahidə olunmayıb.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər.

Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR