Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyası adından parlament seçkilərində namizəd olacaq şəxslər öhdəlik haqqında təlimata əməl etməyə borcludur”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib.
N. Sadıqlı bildirib ki, təlimat kimlərinsə istəyi ilə deyil, Məclis üzvlərinin səsverməsi ilə qəbul olunub: “Açıq-aydın görünür ki, bu təlimatı qəbul etməyənlərin münasibəti qərəzlidir. Əgər Məclis üzvlərinin əksəriyyəti bu sənədin lehinə səs veriblərsə, onda digər şəxslər də münasibətindən asılı olmayaraq təlimatlara əməl etməyə borcludur. Hesab edirəm ki, təlimatları qəbul etməyən şəxslər partiyanın Nizamnaməsinə qarşı çıxır”.