Bank Of Baku

Qüdrət Həsənquliyev: “İnsanları qorxaqlıqda ittiham edənlər öz liderlərinə baxsınlar”

 Qüdrət Həsənquliyev: “İnsanları qorxaqlıqda ittiham edənlər öz liderlərinə baxsınlar”
# 29 may 2015 10:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Çox qısa müddətdə Azərbaycan hökuməti Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşıb. Təşkilat Komitəsinin sədri, deputat həmkarımız Mehriban Əliyeva başda olmaqla, bu istiqamətdə xidməti olan hər kəsə təşəkkür edirəm”.

 

APA-nın məlumatına görə, bunu "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev deyib.

 

Q. Həsənquliyev sabah Milli Şura adlanan qurumun mitinq təyin etməsinə də toxunub: “Onlar mitinqə çıxmayanları qorxaq adlandırırlar. İnsanları təhqir etmək olmaz. Milli Şuranın sədri Cəmil Həsənli Heydər Əliyevin məzarı qarşısında baş əyib, Heydər Əliyev və prezident İlham Əliyevi təqdir edən kitablar yazıb. Deputat seçilməyəndən sonra isə mövqeyini dəyişib. İnsanları qorxaqlıqda ittiham edənlər öz liderlərinə baxsınlar ”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR