Bank Of Baku

Araz Əlizadə və Tahir Kərimli də deputatlığa namizədliklərini irəli sürürlər

Araz Əlizadə və Tahir Kərimli də deputatlığa namizədliklərini irəli sürürlər
# 16 sentyabr 2015 19:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputatlığa namizədliyini irəli sürür.

 

Bu barədə APA-ya məlumat verən A. Əlizadə qeyd edib ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olacaq.

 

A. Əlizadə əlavə edib ki, ASDP-dən ondan başqa daha 3 nəfərin də namizədliyinin irəli sürülməsi qərarlaşdırılıb.

 

Vəhdət Partiyasının sədri Tahir Kərimli də seçkilərə qatılmağa qərar verib.

 

T. Kərimli APA-ya deyib ki, o namizədliyini 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürəcək.

 

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən hazırda millət vəkili İqbal Ağazadə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən isə Ərəstun Cavadovdur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR