Bank Of Baku

Səxavət Soltanlı: "Arif Hacılı ilə Əli Kərimli arasındakı görüş AXCP rəhbərliyi tərəfindən adekvat qiymətləndirilməyib"

Səxavət Soltanlı: "Arif Hacılı ilə Əli Kərimli arasındakı görüş AXCP rəhbərliyi tərəfindən adekvat qiymətləndirilməyib"
# 09 aprel 2015 12:37 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov - APA. "Müsavat Partiyasının başqanı Arif Hacılı ilə AXCP sədri Əli Kərimli arasında əməkdaşlıq niyyəti ilə keçirilən görüş AXCP rəhbərliyi tərəfindən adekvat qiymətləndirilməyib". 

                   

Bunu APA-ya Müsavat başqanının müavini Səxavət Soltanlı deyib.

 

"Görüşdə AXCP ilə əməkdaşlıq perspektivləri müzakirə edilmişdi. Bundan sonra da ehtiyac yaranarsa, Müsavat Partiyası əməkdaşlıq təklifi ilə yenidən AXCP-yə müraciət edə bilər”, - deyə S. Soltanlı vurğulayıb. 

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bu barədə məlumatsız olduğunu və danışmaq istəmədiyini qeyd edib.

 

Xatırladaq ki, Müsavat başqanı A. Hacılı APA-ya açıqlamasında görüşdə irəli sürülən təkliflərə AXCP rəhbərliyində müzakirələrdən sonra cavab veriləcəyini bildirmişdi. 

 
Qeyd edək ki, görüş yanvarın 16-da Arif Hacılının təşəbbüsü ilə baş tutub. 
 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR