Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycanda nəşriyyat işi sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərnəşr”in aşağıdakı əməkdaşları təltif edilib:
Babayev Tofiq Ağababa oğlu
Əzizova Sevinc Aslan qızı
Fərəcov Etibar Zülfüqar oğlu
Hüseynova Aynaxanım Əliağa qızı
Kərimova İlhamə Ələkbər qızı
Məmmədova Lətifə Musa qızı
Nəcəfova Zoya Qurban qızı
Sadıqov İslam Hüseyn oğlu.