Bank Of Baku

Azərbaycan prezidenti elm, mədəniyyət və ədəbiyyat sahələrində dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti elm, mədəniyyət və ədəbiyyat sahələrində dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb
# 27 may 2014 15:35 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il üçün Azərbaycanın elm, mədəniyyət və ədəbiyyat sahələrində dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, dövlət mükafatları aşağıdakı şəxslərə verilib:

 

Elm sahəsi üzrə

 

Tofiq Murtuza oğlu Nağıyev – “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə

 

Mədəniyyət sahəsi üzrə

 

Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə – Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə

 

Ramiz Eyyub oğlu Quliyev – konsert-ifaçılıq fəaliyyətinə görə

 

Ədəbiyyat sahəsi üzrə

 

Elmira Hüseyn qızı Axundova – “Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR