Bank Of Baku

Azərbaycan prezidenti Gəncədəki “İmamzadə” kompleksində abadlıq-quruculuq işlərinin aparılmasına 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Gəncədəki “İmamzadə” kompleksində abadlıq-quruculuq işlərinin aparılmasına 3 milyon manat ayırıb
# 16 may 2014 16:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşmənin təmin edilməsi, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR