Bank Of Baku

Azərbaycanda avtomobil sürücüləri mülki məsuliyyətə görə də icbari sığortaya cəlb olunacaqlar

Azərbaycanda avtomobil sürücüləri mülki məsuliyyətə görə də icbari sığortaya cəlb olunacaqlar
# 19 iyun 2014 14:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda avtomobil sürücüləri mülki məsuliyyətə görə də icbari sığortaya cəlb olunacaq, bu sığortadan yayınanlar isə cəzalandırılacaqlar.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 251-1.3 maddəsi əlavə edilir.

 

Yeni maddəyə görə, “İcbari sığortalar haqqında” qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat miqdarında cərimələnəcəklər.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR