Bank Of Baku

Azərbaycanda dəniz quldurluğuna görə ən ağır cəza tətbiq olunur

Azərbaycanda dəniz quldurluğuna görə ən ağır cəza tətbiq olunur
# 26 may 2014 11:38 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 219-1.3-cü maddəsinə dəyişiklik təklif edilir.

 

Dəyişikliyə əsasən, dəniz quldurluğu mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, o cümlədən ehtiyatsızlıqdan ölümə və ya digər ağır nəticələrə səbəb olduqda 20 il azadlıqdan məhrum etmədən ömürlük azadlıqdan məhrum etməyə qədər cəza tətbiq olunacaq.

 

Hazırda bu cəza 12 ildən 15 ilə qədərdir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 30-da müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR