Bank Of Baku

Azərbaycanda kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına yeni uçot sənədləri açılacaq

Azərbaycanda kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına yeni uçot sənədləri açılacaq
# 08 sentyabr 2015 04:34 (UTC +04:00)

APA-nın məlumatına görə, qərara əsasən Dövlət Statistika Komitəsinə tapşırılıb ki, təsərrüfatbaşına uçot sənədlərinin yeni nümunələrinin çap edilməsini 2016-cı il aprel ayının 1-dək başa çatdırsın və həmin sənədlərin 2016-cı ildə müvafiq bölgü əsasında rayonlara çatdırılmasını təmin etsin.

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2016-2020-ci illər üçün yeni uçot sənədlərinin tətbiqini Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etməlidirlər. Maliyyə Nazirliyinə tapşırılıb ki, 2016-2020-ci illər üçün kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi üçün 2016-cı ilin dövlət büdcəsində lazım olan maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutsun.

 

Qeyd edək ki, 2015-ci ildə kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR