Bank Of Baku

Azərbaycanda müharibə cinayətlərinə görə cəzalar 12-20 ilə qaldırılır

Azərbaycanda müharibə cinayətlərinə görə cəzalar 12-20 ilə qaldırılır
# 21 may 2014 09:17 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 100.2 və 117.2-ci maddələrinə dəyişiklik təklif edilib.

 

Maddə 100.2-yə təklif olunan dəyişikliyə əsasən, təcavüzkar müharibəni aparma əməlinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

 

Eyni cəza maddənin 117.2-yə də (döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə) şamil edilməsi təklif olunur.

 

Hazırda hər iki maddənin qüvvədə olan cəzaları 10 ildən 15 ilə qədərdir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR