Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2015-ci ilin iyulun ayının 1-nə 18 849,40 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 719,85 mln. manat və ya 8,36% azdır.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, may ayı ilə müqayisədə iyunda geniş mənada pul kütləsi 117,41 mln. manat və ya 0,62% azalıb.
Ümumiyyətlə, 2014-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında geniş mənada pul kütləsi 997,86 mln. manat və ya 4,63%, yanvar ayı ilə müqayisədə fevralda bu göstərici 453,33 mln manat və ya 2,2%, fevral ayı ilə müqayisədə isə martda 607,77 mln. manat və ya 3,02%, mart ayı ilə müqayisədə apreldə 524,52 mln. manat və ya 2,69%, aprellə müqayisədə mayda 16,07 mln. manat və ya 0,08% azalıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 6 013,3 mln. manat və ya 35,36% azalaraq iyun 1-nə 10 991,8 mln. manat olub, iyunda isə 1 59,6 mln. manat və ya 0,54% azalıb.