Milli Məclisdən APA –ya verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 79-cu (Kənara çıxarma haqqında qərar) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunur.
Yeni bəndə (79.1.4) görə, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən dərhal kənara çıxarılması ilə bağlı qərar verilməsinə “qaçqın statusu verilməsindən imtina edildikdə” şərti də əsas olacaq.
Əlavə Milli Məclisin mayın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.