Bank Of Baku

Azərbaycanda son prezident seçkilərində məhkəmələrə ünvanlanan şikayətlərin sayı açıqlanıb

Azərbaycanda son prezident seçkilərində məhkəmələrə ünvanlanan şikayətlərin sayı açıqlanıb
# 15 fevral 2018 09:32 (UTC +04:00)

"2015-ci ildə parlament seçkiləri ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə 78, Sumqayıt Apelyasiya Məhkəməsinə 16 şikayət daxil olub. Amma 2008-ci ildə prezident seçkiləri ilə bağlı apelyasiya məhkəmələrinə cəmi 5 şikayət daxil olub. 2013-cü ildə isə 24 şikayət olub ".  
 
 
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Azərbaycan Respublikası prezidentinin seçkilərində ədliyyə orqanlarının və məhkəmələrin rol və vəzifələri” mövzusunda çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
 

A. Cəfərov deyib ki, həmin 24 şikayətin 10-u bir namizəd və onun nümayəndələri tərəfindən olub: "Ümumiyyətlə, hər iki prezident seçkilərində verilən şikayətləri ümumiləşdirsək, bu iddialarda qoyulan tələblər namizədin qeydə alınmaması, qeydiyyatın ləğv edilməsi, ayrılmış vəsaitin seçki fondunun hesabına köçürülməməsi, ödənişli efir vaxtı və yerlərin ayrılmaması, "exit-poll" keçirilməməsi üçün qeydə alınmama, bəzi məntəqələrdə seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı olub".
 
 
Ədliyyə nazirinin müavini qeyd edib ki, prezident seçkiləri ilə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxil deyil: "Avropa İnsan Haqları Məhkəməsi yalnız parlament seçkiləri ilə bağlı şikayətlərə baxa bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR