Bank Of Baku

Yeni Ombudsmanın seçilməsi məsələsi MM-in yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq

Yeni Ombudsmanın seçilməsi məsələsi MM-in yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq
# 04 yanvar 2018 13:00 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi Milli Məclisin yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.

 

APA-nın məlumatına görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin Milli Məclisin 2018-ci il yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulmur.

 

Qeyd edək ki, yeni Ombudsmanın seçilməsi ilə bağlı qərar layihəsinin 2017-ci ilin payız sessiyasında da müzakirəyə çıxarılması gözlənilirdi. Lakin layihə müzakirəyə çıxarılmadı.

 

Hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır. Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

 

O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR