Bakı. Etibar Məmmədov – APA. Bakı Şəhər İcra Hakimiyyəti bir qrup gəncin mitinqlə bağlı müraciətinə cavab verib.
Bu barədə APA-ya məlumat verən Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas qeyd edib ki, BŞİH mitinqə yer ayırmaqdan imtina edib.
Onun sözlərinə görə, qurumun cavab məktubunda qeyd olunub ki, müraciəti imzalayanların hansının siyasi partiyanı, ictimai təşkilatı və birliyi təmsil etdiyi bilinmir, bu isə ictimai asayişin qorunmasında problem yarada bilər.
Bundan sonra hansı addımların atılacağına gəlincə, Ə. Abbas bu barədə müzakirələrdən sonra qərar veriləcəyinin bildirib.
Xatırladaq ki, Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və REAL Hərəkatı üzvləri “siyasi məhbus”a azadlıq şüarı ilə mayın 18-də Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.