Bank Of Baku

YAP "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirib - YENİLƏNİB

YAP "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirib - <span style="color: red;">YENİLƏNİB
# 23 dekabr 2017 10:31 (UTC +04:00)

“Müasir nəqliyyat-logistik şəbəkələri və xidmətləri vasitəsi ilə respublikamızın tranzit imkanlarından geniş və səmərəli istifadə edilməsi üçün tədbirlər görülür”.

 

APA-nın məlumatına görə, bunu Bakıda Yeni Azərbaycan Partiyası tərəfindən təkil olunmuş “Şərqlə Qərbin qovşağında-Yeni enerji və kommunikasiya imkanları” adlı konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

 

Onun sözlərinə görə, milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün dəmir yolu, dəniz, avtomobil, hava, boru kəməri yolları tədqiq edilir.

 

C. Qurbanov qeyd edib ki, ölkədə nəqliyyat sektorunda görülən tədbirlər ölkənin tranzit daşımalarında iştirak imkanlarını genişləndirir.

 

O əlavə edib ki, Azərbaycan yolayırıcında yerləşən ən mühüm ölkə hesab edilir: “Yolayrıcılığının yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərindən əldə edilən vəsaitin büdcənin əsas gəlir mənbəyinə çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir".

 

Qeyd edək ki, bununla da, konfransın rəsmi hissəsi başa çatıb.

 

Tədbir bədii hissə ilə davam etdirilib.

 

 

***

 

12.42

 

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakıda "Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilir.

 

APA-nın məlumatına görə, konfransda partiya rəhbərliyi, hökumət üzvləri, partiyanın yerli təşkilatlarının rəhbərləri və deputatlar iştirak edir.

 

Tədbirdə çıxış edən YAP sədrinin müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov son illər Azərbaycanın təşəbbüsü ilə keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəyə verdiyi dividendlərdən danışıb. O qeyd edib ki, bu layihələr xalqın rifahının yaxşılaşmasına xidmət edir.

 

Bu konfransın əlamətdar bir gündə keçirildiyini deyən Ə. Əhmədov qeyd edib ki, dekabrın 24-də prezident İlham Əliyevin doğum günüdür. “Mən Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası adından prezident İlham Əliyevi təbrik edirəm. Prezidentimizə möhkəm can sağlığı arzu edirəm. Azərbaycanda 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Cəmi 10 aydan sonra. Prezident İlham Əliyevin yüksək nüfuzu, reytinqi, onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən ciddi pozitiv dəyişikliklər, Azərbaycanın dünya miqyasında rolunun artması - bütün bunlar məcmu halında prezidentimizin yüksək seçki şansını təmin edir. Mən inanıram ki, 2018-ci ildə prezident seçkilərindən sonra biz gələn ilin dekabr konfransını prezidentimizin yeni qələbəsinin tarixi sevinci altında keçirəcəyik”, - deyə Ə. Əhmədov vurğulayıb. 

 

Konfrans davam edir.

 

Mübariz Aslanov

Aqşin Rafiqoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR