Bank Of Baku

Baş Prokurorluqda prezident seçkiləri ilə əlaqədar İşçi Qrup yaradılıb

Baş Prokurorluqda prezident seçkiləri ilə əlaqədar İşçi Qrup yaradılıb
# 15 fevral 2018 09:41 (UTC +04:00)

"Hər seçkidə olduğu kimi, qarşıdakı prezident seçkiləri ilə əlaqədar da Baş Prokurorluqda İşçi Qrup yaradılıb. Baş prokuror bu barədə sərəncam imzalayıb". 
 
 
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rol və vəzifələri” mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.
 
R. Usubov deyib ki, İşçi Qrup seçki ilə bağlı şikayətlərə baxacaq: "Qrupa mən rəhbər təyin edilmişəm. İnşallah, seçki prosesi qanun pozuntularına yol verilmədən keçiriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR