Bakı - APA. İyunun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (
Partiyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, Fəxri Xiyabanda Əbülfəz Elçibəyin ildönümü ilə bağlı keçirilən aksiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb: "Əbülfəz Elçibəy xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən türk kişisi idi. Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. O gün olsun ki, erməni işğalı altında qalan torpaqlarımızı azad edək. Əbülfəz Elçibəyin və şəhidlərimizin ruhu o zaman şad olacaq".
Elçibəyin ruhuna dualar oxunduqdan sonra partiyanın mərkəzi qərargahında BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib, təşkilati məsələlər həll olunub. Eyni zamanda bu il keçiriləcək bələdiyyə seçkilərində BAXCP-nin iştirakı haqqında qərar qəbul olunub və rayon təşkilatlarına seçkilərə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.