Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 7 saylı Ordubad-Culfa Seçki dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev bu gündən etibarən seçicilərlə görüşlərə başlayıb.
APA-nın xəbərinə görə, deputatlığa namizədin ilk görüşü Culfa rayonunda keçirilib. BAXCP sədri seçicilərə parlamentdəki fəaliyyətindən söhbət açıb və onların suallarını cavablandırıb.