Bank Of Baku

Binəqədi RİH-də gənclər siyasəti mövzusunda tədbir keçirilib

Binəqədi RİH-də gənclər siyasəti mövzusunda tədbir keçirilib
# 01 fevral 2018 09:33 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyətində “Müstəqil Azərbaycanın Dövlət Gənclər Siyasəti” mövzusunda “Məlumat saatı” keçirilib.

 

Binəqədi İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, “Məlumat saatı”nda icra başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris İşləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov, BRİH başçısı Aparatının əməkdaşları, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyələrin ictimai və humanitar sektor rəhbərləri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri və rayonun fəal gəncləri iştirak ediblər.

 

Məruzə ilə çıxış edən E. Aslanov bildirib ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb: “Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanaraq həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalarıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycanın həyat yolu kimi qəbul etməlidir”. 
 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR