Bank Of Baku

Böyük Quruluş Partiyası bələdiyyə seçkilərində iştirak etməyə qərar verib

Böyük Quruluş Partiyası bələdiyyə seçkilərində iştirak etməyə qərar verib
# 25 may 2014 13:49 (UTC +04:00)

Bakı-APA. Bu gün Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantını açıq elan edən Ali Məclisin sədri Əjdər Əliyev gündəlikdəki məsələlər barədə məlumat verib.

 

Təşkilati məsələlərin müzakirəsindən sonra BQP başqanı, millət vəkili Fazil Mustafa ölkədəki ictimai-siyasi durum barədə məruzə ilə çıxış edib. Daha sonra partiyanın bələdiyə seçkilərində iştirakı ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

 

Ali Məclis səs şoxluğu ilə BQP-nin bələdiyyə seçkilərində iştirakına qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR