Bank Of Baku

Cərimələrini ödəməyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən dəbbə pulu alınacaq

Cərimələrini ödəməyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən dəbbə pulu alınacaq
# 29 iyun 2018 11:55 (UTC +04:00)

Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün qaydaların pozulmasına, tətbiq olunan cərimələrin ödənilməməsinə (yaxud gecikdirilməsinə) görə dəbbə pulu tətbiq edilməsi, cərimələri ödəməyən şəxslərin ölkəyə girişi qadağan olunması məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihə barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 150.15 və 150.16 maddələrinin əlavə edilməsi təklif edilir.
 
Layihəyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması və yaşaması qaydalarının pozulmasına görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.
 
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması və yaşaması qaydalarının pozulduğuna görə barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə onun Respublikaya gəlməsi Miqrasiya Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onun ölkəyə gəlməsi ilə bağlı qadağa götürülür.
  
Layihə səsə qoyularaq, qəbul edilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR