Bank Of Baku

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil”

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil”
# 15 dekabr 2017 09:42 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.

 

APA-nın məlumatına görə, yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, bu yanlış addımdır.

 

O qeyd edib ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq: “Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

 

Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR