Bank Of Baku

Deputat Naxçıvan-Gəncə aviareysinin yenidən açılmasını zəruri sayır

Deputat Naxçıvan-Gəncə aviareysinin yenidən açılmasını zəruri sayır
# 16 mart 2018 15:11 (UTC +04:00)

“Naxçıvan-Gəncə aviareysinin yenidən açılması sosial zərurətə çevrilib”.

 

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev çıxış edib.

 

O qeyd edib ki, reysin açılması tələbələr başda olmaqla, xeyli insanın iki bölgə arasında gəliş-gedişini, eyni zamanda bölgələrarası əlaqələri daha da asanlaşdıracaq.

 

Deputat Azərbaycanda hər il şərab festivalının keçirilməsinə dövlət dəstəyinin verilməsini də təklif edib, bunun turizmin inkişafında vacib amil olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR