Bank Of Baku

Deputatlığa namizəd Adil Əliyev veteranlarla görüşüb

Deputatlığa namizəd Adil Əliyev veteranlarla görüşüb
# 16 oktyabr 2015 15:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyev Veteranlar Şurasında veteranlarla görüş keçirib.

 

Namizədn seçki qərargahından APA-ya verilən məlumata görə, görüşdə SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı olan Tofiq Ağahüseynov iştirak edib. Görüşdə çıxış edən Azərbaycan Respublika Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev Adil Əliyevin layiqli namizəd olduğunu və 20-ci dairədə qeydiyyatda olan veteranların onun ətrafında sıx birləşdiyini bildirib. A. Əliyev isə seçki kampaniyasının yüksək əhval-ruhiyyədə davam etdiyini söyləyib. O, Azərbaycanın bölgədə lider dövlət olduğunu və ölkə başçısının inamlı siyasətinin ölkənin daha da güclənməsinə və dünyada mövqelərinin möhkəmlənməsinə gətirib çıxardığını diqqətə çatdırıb.

 

Görüşdə istefada olan polkovniklər Cəlil Xəlilov, Adil Haqverdiyev, Elşad Şabanov və s.şəxslər çıxış edərək Adil Əliyevi dəstəkləyəcəklərini bəyan ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR