İ. Ağayevin seçki qərargahından APA-ya verilən məlumata görə, Salyanın Çuxanlı və Yuxarı Noxudlu kənlərdində təşkil olunan görüşdə İ.Ağayevin vəkilləri, dairə ərazisində yaşayan ictimai fəallar, kənd sakinləri və könüllülər iştirak edib.
Görüşdə İsmayıl Ağayev seçiciləri narahat edən bütün sualların Seçki Qərargahı tərəfindən cavablandırılacağını diqqətə çatdırıb. Deputatlığa namizəd seçki kampaniyasının şəffaf, sivil qaydada keçiriləcəyini qeyd edərək digər namizədlərə və onların nümayəndələrinə hörmətlə yanaşdığını və onlara uğurlar dilədiyini bildirib. O, həmçinin təbliğat-təşviqat kompaniyası aparacaq könüllülərə də digər namizədlərin nümayəndələrinə etik davranmalarını və hörmətlə yanaşmalarını tövsiyyə edib.