Bank Of Baku

Deputatlığa namizəd Jalə Əliyeva Zərdabda seçiciləri ilə görüşüb - FOTOSESSİYA

Deputatlığa namizəd Jalə Əliyeva Zərdabda seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2015 14:09 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Məclisinə deputatlığa namizəd, deputat Jalə Əliyeva bu gün Zərdab rayonunun Əlvənd, Otmanoba, Aşağı Seyidlər və Şəftəxal kəndlərinin seçiciləri ilə görüşüb. 

 

APA-nın məlumatına görə, görüşdə vəkillərindən İsaməddin Əhmədov namizədlə bağlı çıxış edib.

 

Vəkil və görüşdə iştirak edən seçicilər namizəd haqqında danışaraq bildiriblər ki, deputat xalqla dövlət arasında körpü olub, seçicilərin problemlərini hər an dinləməyə və həlli yollarını tapmağa hazır olub. Rayonda infrastrukturun daha da inkişaf etməsi və güclənməsi üçün parlamentdəki çıxışlarında məsələlər qaldırıb. Səmimi, sadə bir insan olması, qadınların və uşaqların hüquqlarını qoruması, az təminatlı ailələrin mənzil problemlərinin həllini tez-tez gündəmə gətirməsi, kimsəsiz uşaqlar və atılmış qocaların qayğısına qalması, milli mənəvi dəyərlərimizə əhəmiyyət verməsi, problemlərə bir ana kimi yanaşması, dövlətə və dövlətçiliyə daim sadiq olması J. Əliyevanın əsas xüsusiyyəti olub. Görüşdə Jalə Əliyevanın on illik deputatlıq fəaliyyətinin və parlamentdəki çıxışlarını əks etdirən video-çarx nümayiş olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR