Bank Of Baku

DİP parlament seçkisində 45 namizədlə iştirak edəcək

DİP parlament seçkisində 45 namizədlə iştirak edəcək
# 16 sentyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurası Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərini təsdiqləyib.

 

Partiyadan APA-ya verilən məlumata görə, Siyasi Şuranın qərarına əsasən seçkilərdə müxtəlif seçki dairələri üzrə partiyanın 44 namizədi iştirak edəcək.

 

Partiya sədri Asim Mollazadə isə namizədliyini hazırda deputatı olduğu 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən irəli sürəcək. 

 

Artıq partiyanın səlahiyyətli nümayəndələri Mərkəzi  Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib. Partiyanın namizədləri ilə bağlı müvafiq sənədlər isə DSK-lara təqdim edilir.

 

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR