Bank Of Baku

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub - FOTOSESSİYA

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2014 09:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təbir keçirib.

 

APA-nın məlumatına görə, internat və məcburi köçkün məktəblərindən ümumilikdə 400 uşağın iştirak etdiyi tədbirdə çıxış edən idarənin rəisi Rəşad Məmmədov H.Əliyevi böyük azərbaycanlı və tarixi şəxsiyyət kimi xarakterizə edib.

 

Onun sözlərinə görə, Heydər Əliyev şəxsiyyəti bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir: “Bizim böyük və firavan ölkədə yaşamağımızda Heydər Əliyevin xidmətləri danılmazdır. Heydər Əliyev hər zaman uşaqlara böyük diqqət göstərirdi. Çünki uşaqlar bizim gələcəyimizdir və dövlətin gələcəyi bu uşaqların tərbiyəsindən asılıdır”.

 

Sonra H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.

 

Daha sonra tədbir konsert şənliyi ilə davam etdirilib və uşaqlara Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin hədiyyələri təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR