Bank Of Baku

Dövlət Sərhəd Xidməti külli miqdarda narkotiki müsadirə edib

Dövlət Sərhəd Xidməti külli miqdarda narkotiki müsadirə edib
# 25 may 2015 15:26 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

 

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd boyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada külli  miqdarda­ 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram  həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülüb.            

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR