Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov APA-ya açıqlamasında bildirib ki, O.Hüseynov işdən uzaqlaşdırılmayıb:
“Aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Dövlət Komitəsi haqqında hər hansı bir informasiyanı yaymadan əvvəl Komitənin Mətbuat xidməti ilə dəqiqləşdirsinlər”.
Qeyd edək ki, bəzi KİV-lərdə yayılan məlumatlarda bildirilirdi ki, komitədə kadr dəyişikliyi olub və Mübariz Qurbanlı Aparat rəhbəri Oqtay Hüseynovu işdən çıxarıb.