Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciət əsasında Ədliyyə Nazirliyində araşdırmalar davam edir”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası üzvlüyündən xaric olunmuş Əlövsət Əhədoğlu deyib. O bildirib ki, bu gün Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb: “Mənə bildirdilər ki, müraciətlə bağlı araşdırmalar davam edir və nəticə açıqlanacaq. Eyni zamanda araşdırılmalı məsələlərin, faktların çox olduğunu qeyd etdilər. Araşdırma tələb olunan müraciətlərə cavab verilmə müddəti bir aydır. Biz avqustun 7-də müraciət etdiyimizdən, sentyabrın 7-dək bizə cavab veriləcəyi bildirilib. Ehtiyac olsa, məni də dəvət edəcəklər”.
Qeyd edək ki, Ə. Əhədoğlu Ədliyyə Nazirliyinə müraciətin müəlliflərindən biridir.