Bank Of Baku

Əli Əhmədov: “YAP-ın bələdiyyə seçkilərində qələbə qazanması üçün kifayət qədər əsaslar var”

Əli Əhmədov: “YAP-ın bələdiyyə seçkilərində qələbə qazanması üçün kifayət qədər əsaslar var”
# 28 iyun 2014 10:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yeni Azərbaycan Partiyası (YAP) bu ilin dekabr ayında Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşır.

 

APA-nın xəbərinə görə, baş nazirin müavini, YAP icra katibi, sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı yerli təşkilatlarda müvafiq hazırlıq işləri aparılmaqdadır.

 

Onun sözlərinə görə, YAP xeyli müddət əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb: “Qarşıya qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də YAP qələbə çalsın, ənənəsinə uyğun olaraq yerli özünüidarə orqanlarında hakim partiya nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. İnanırıq ki, biz buna nail ola biləcəyik. YAP-ın belə bir qələbə qazanması üçün kifayət qədər əsaslar var”.

 

Ə.Əhmədov əlavə edib ki, ölkədə prezidentin rəhbərliyi altında xüsusilə bölgələrdə, regionlarda aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşdırılması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən böyük dəyişiklər-bütün bunların hamısı regionlarda insanların həyatında, məişətində müsbət dəyişikliklər yaradıb. Onun fikrincə, bütün bunların hamısı yerli özünüidarə orqanlarına seçkilərdə YAP-ın istinad edə biləcəyi böyük resursdur: “Biz inanırıq ki, məhz bu resursun sayəsində, prezidentin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində uğur qazanacaq. Yerli idarə orqanlarında YAP-ın təmsilçiləri geniş miqyasda təmsil olunma imkanları əldə edəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR