Bank Of Baku

Əli Əhmədov: "Prezident Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsindən ustalıqla istifadə edir"

Əli Əhmədov: "Prezident Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsindən ustalıqla istifadə edir"
# 23 dekabr 2017 09:59 (UTC +04:00)

"Prezident İlham Əliyevin rəhbərliyi altında hazırlanmış xətt, həyata keçirilən yeni iqtisadi siyasətin əsas qayəsi və mahiyyəti ondan ibarətdir ki, ölkəmizin inkişafı üçün yeni imkanlar araşdırılsın, hərəkətə gətirilsin və möhtəşəm layihələrə çevrilsin".

 

APA-nın məlumatına görə, bunu tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov YAP tərəfindən təşkil olunmuş “Şərqlə Qərbin qovşağında-Yeni enerji və kommunikasiya imkanları” adlı konfransda deyib.

 

Ə. Əhmədov bildirib ki, Heydər Əliyevin iqtisadi təfəkküründən miras qalmış bu yanaşmanın ən vacib, ən bariz ifadələrindən biri neft strategiyası və neft layihələri hesab oluna bilər.

 

"Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, neft layihələrinin sayəsində Azərbaycan iqtisadiyyatı yeni inkişaf imkanları əldə edib. Bununla, Azərbaycan xalqının rifahının yüksəldilməsi imkanları yaradılmış oldu. Eyni zamanda, bu layihələrin çox vacib dividendlərindən biri də ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, beynəlxalq iştirakçılıq əhəmiyyəti daha da artdı. Bu gün də həmin məntiq həyata keçirilməkdədir. Heydər Əliyev tərəfindən vaxtilə imzalamış neft layihələrinin müddəti 2049-cu ilədək uzadıldı, beləliklə, Azərbaycan iqtisadiyyatı yeni imkanlar qazanılmış, sosial inkişafımızın bütün sferalarında dəyişiklik üçün etibarlı mənbə təmin edilmiş oldu.

 

Təbii ki, beynəlxalq nüfuzumuzun artması da bu layihələrin ən mühüm dividendlərindən sayılmalıdır. Eyni fikirləri Azərbaycanın coğrafi mövqeyinin yaratdığı üstünlüklərlə əlaqədar da səsləndirmək mümkündür. Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovşağında yerləşir və prezident İlham Əliyev bu üstünlükdən çox ustalıqla istifadə edir. Bu yaxınlarda istifadəyə verilmiş, tarixi “İpək yolu”nun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu buna gözəl misaldır. Bu, həm də Azərbaycanın tarixi "İpək Yolu"nun bərpa edilməsi kimi qlobal bir layihədə nə qədər mühüm əhəmiyyətli funksiyanı yerinə yetirdiyini birmənalı şəkildə təsdiq edir. Bütün bu layihələrin həyata keçirilməsi bir yandan Azərbaycana böyük iqtisadi dividendlər gətirir, ikinci tərəfdən sosial həyatının, insanların rifahının yaxşılaşdırılması üçün etibarlı zəmin hazırlayır. Başqa bir tərəfdən Azərbaycan təkcə regionun deyil, bütün dünyanın çox vacib enerji və kommunikasiya mərkəzlərindən birinə çevirir. Bu da Azərbaycanın beynəlxalq rolunu, beynəlxalq iştirakçılığını artmış olur”, - deyə Ə. Əhmədov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR