Bank Of Baku

Əli Hüseynli: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”

Əli Hüseynli: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”
# 15 dekabr 2017 13:06 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilib.

 

O qeyd edib ki, dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır.

 

Komitə sədri eyni zamanda bildirib ki, məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR