Bank Of Baku

FHN-nin Akademiyasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş toplantı keçirilib - FOTO - VİDEO

FHN-nin Akademiyasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş toplantı keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 may 2015 15:41 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev məktəbinin Lektoriyası” çərçivəsində toplantı keçirilib.

 

APA-nın məlumatına görə, tədbir iştirakçıları öncə Akademiyanın həyətində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Toplantıda çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var: “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb”.

 

Dövlətimizin gücləndirilməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən Akademiya rəisi Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan tarixinin bir qərinəsinin Heydər Əliyevin idarəçilik illəri ilə bağlı olduğunu vurğulayıb: “Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Heydər Əliyevin siyasətinin davamçısı, prezidenti İlham Əliyevin gərgin əməyi sayəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib”.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR