Bank Of Baku

İqbal Ağazadə ADP-nin parlament seçkilərində iştirak etməməsinə münasibət bildirib

İqbal Ağazadə ADP-nin parlament seçkilərində iştirak etməməsinə münasibət bildirib
# 16 sentyabr 2015 14:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Mən ADP-ni də, digərlərini də başa düşürəm. Ancaq biz parlament seçkilərində iştirakın tərəfdarıyıq”.

 

Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə “Qarabağ” blokundakı müttəfiqi Azərbaycan Demokrat Partiyasının (ADP) parlament seçkilərində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.

 

İ. Ağazadə ADP-nin qərarına hörmətlə yanaşdığını deyib: “Hər bir siyasi partiya qərar qəbul etməkdə müstəqildir. Ancaq biz istənilən halda seçkilərdə iştirakın tərəfdarıyıq. Əsas odur ki, seçici ilə təması kəsməyəsən, mesajlarını verə biləsən”.

 

O qeyd edib ki, Azərbaycan müxalifəti üçün heç bir dönəmdə məqbul yol olmayıb: “Tarixə diqqət etsək, görərik ki, bu il keçiriləcək parlament seçkiləri, ötən seçkilərlə eyni mənzərə təşkil edir. Belə niyə 2010-cu ildə iştirak edirdik? Təkcə ATƏT müşahidə edirdi, ona görəmi? Əlbəttə ki, yox. Buna görə də Ümid Partiyası seçkilərdə mütləq iştirak edəcək”.

 

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR