Moskva. Fərid Əkbərov - APA. Kreml Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə Finlandiyanın viza verməməsini şərh edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın Sergey Narışkinə AŞPA Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün viza verməkdən imtina etməsinin qəbuledilməz olduğunu söyləyib. O, Rusiya Xarici İşlər Nazirliyinin buna öz qiymətini verəcəyini bildirib: “Biz bunu qəbuledilməz hesab edirik. Lakin buna ixtisaslaşmış orqan tərəfindən qiymət verilməlidir ki, bunu da XİN edə bilər”.
Qeyd edək ki, Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib. Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen bunu siyasətçinin Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqələndirib.