Bank Of Baku

Millət vəkili seçiciləri ilə görüşüb

Millət vəkili seçiciləri ilə görüşüb
# 22 dekabr 2017 13:51 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov dekabrın 22-də növbəti dəfə İsmayıllı rayonunda seçicilərini qəbul edib.

 

Deputatın qərargahından APA-ya bildirilib ki, qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Sakinlər əsasən şəxsi məişət problemləri və sosial problemlərlə bağlı deputata müraciətlər ediblər. Bəzi məsələlər yerindəcə həll edilib, həlli zaman tələb edən digər məsələlərlə bağlı deputat əlaqədar qurumlara rəsmi  müraciətlərin ediləcəyini bildirib.

 

Qəbuldan sonra Novruz Aslanov və icra hakimiyyəti başçısının birinci müavini, həmçinin digər məsul şəxslər Sumağallı kəndini iki hissəyə bölən çayın üzərindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə salınmış körpünün açılışını ediblər. Məlumat üçün bildirək ki, Novruz Aslanovun dəstəyi ilə bir neçə belə layihə digər kəndlərdə də həyata keçirilib.

        

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR